Ucnoqta.az
www.ucnoqta.az

Müharibədən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub

20:28 - 1 May 2023 tarixində dərc olunub.

Müharibədən sonra 55 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumatda bildirilib.

“2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55-i həlak olub, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası