Bakıda yol polisləri xəstəni taksidən düşürüb, avtomobili cərimə meydançasına pardı
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Zaira Akifqızı sosial şəbəkə hesabında yazıb. Jurnalist qeyd edir ki, qardaşının Mərkəzi Neftçilər Xəstəxanasından Binəqədi rayonu, 7-ci mikrorayona getməsi üçün “Bolt” şirkətindən taksi sifariş edib:
"Nərimanov rayonunda yerləşən “Salam Baku” restoranı tərəfdə yol polisi sürücünü saxlayıb. Küçədə 10 dəqiqə söhbətdən sonra polis gəlib təkidlə qardaşımı avtomobildən düşürdüb. Qardaşım ona dializdən çıxdığını və halsız olduğunu bildirsə də, həmin tərbiyəsiz polis buna məhəl qoymayıb. Qardaşım onlardan şikayət edəcəyini bildirdikdə isə “Qaqa, bizdən hara şikayət edəcəksən?” deyə soruşub və gediblər. İnsan nə qədər vicdansız olmalıdır ki, dializdən gələn xəstəni maşından düşürdüb heç bir yardım göstərmədən oradan uzaqlaşsın?! Belələri Azərbaycan polisinin adına ləkədir".