Ucnoqta.az
www.ucnoqta.az

Pentaqon 100-dən çox "F-35 qırıcısı" sifariş edib

11:07 - 1 May 2023 tarixində dərc olunub.

ABŞ Müdafiə Nazirliyi Lockheed Martin korporasiyası ilə təxminən 7,8 milyard dollar dəyərində 126 ədəd F-35 döyüş təyyarəsinin istehsalı və tədarükü üçün müqavilə imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun saytında yerləşdirilən məlumatda deyilir. Lockheed Martin-in 2026-cı ilin avqustuna qədər tamamlamalı olduğu müqavilə 81 "F-35A", 26 "F-35B" və 19 "F-35C" təyyarəsinin istehsalını nəzərdə tutur.

Xüsusilə, ABŞ Hərbi Hava Qüvvələri üçün 43 ədəd "F-35A" qırıcısı hazırlanacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası