Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

08:03 - 1 May 2023 tarixində dərc olunub.

Yaponiya arxipelaqının Ryukyu adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 12 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Müəllif: Ucnoqta.az redaksiyası