Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov ABŞ-a getdi

10:07 - 30 Aprel 2023 tarixində dərc olunub.

30 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. 

Müəllif: Ucnoqta.az redaksiyası