Ucnoqta.az
www.ucnoqta.az

"Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq" - Prezident

14:15 - 29 Aprel 2023 tarixində dərc olunub.

"Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq".

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.

Müəllif: Ucnoqta.az redaksiyası