Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb

21:13 - 28 Aprel 2023 tarixində dərc olunub.

Aprelin 28-i Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Əlavə məlumat veriləcəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası