Ucnoqta.az
www.ucnoqta.az

“Kapital Bank” məhkəməyə verildi

12:05 - 28 Aprel 2023 tarixində dərc olunub.

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) Mənzil istismar sahəsi “Kapital Bank” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə RİH Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, RİH inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası