Ucnoqta.az
www.ucnoqta.az

60-dan yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq

10:38 - 28 Aprel 2023 tarixində dərc olunub.

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.

Ucnoqta.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yer almayıb.

Müəllif: Ucnoqta.az redaksiyası