Ucnoqta.az
www.ucnoqta.az

Prezidentin dəvət etdiyi atletlər Bakıya gəldi

17:15 - 27 Aprel 2023 tarixində dərc olunub.

İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun Bakıya gəlib.

Ucnoqta.az xəbər verir ki, Bakıya gələn nümayəndə heyəti səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub. 

Qeyd edək ki, adları çəkilən idmançılar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizə dəvət olunub.

Müəllif: Ucnoqta.az redaksiyası