Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstanda ağır yol qəzası - azı 11 nəfər ölüb

12:08 - 27 Aprel 2023 tarixində dərc olunub.

Əfqanıstanın şimalında yerləşən Bəlx əyalətində baş verən yol qəzasında azı 11 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ariana News telekanalı məlumat yayıb.

Məlumata görə, ən azı daha doqquz nəfər yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası