Ucnoqta.az
www.ucnoqta.az

Ancelina Coli oğlu ilə Ağ Evdə ziyafətə qatılıb

11:37 - 27 Aprel 2023 tarixində dərc olunub.

Aktrisa Ancelina Coli və onun böyük oğlu, 21 yaşlı Maddoks Ağ Evdə qala-ziyafətə qatılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Aprelin 26-da ABŞ prezidenti Co Bayden Ağ Evdə Cənubi Koreya lideri Yoon Seok-yeol-u qəbul edib. İki dövlətin birliyinin 70 illiyi münasibətilə keçirilən tədbirdə hər iki ölkənin birinci xanımları - Cil Bayden və Kim Konq Hi iştirak ediblər.

Gecənin qonaqları arasında Ancelina Coli də olub. Aktrisa böyük oğlu ilə birlikdə ictimaiyyət qarşısına çıxıb. 2002-ci ildə övladlığa götürdüyü 21 yaşlı Maddoks Seuldakı Yonsey Universitetində biokimya üzrə təhsil alır. 

Müəllif: Ucnoqta.az redaksiyası