Ucnoqta.az
www.ucnoqta.az

Məktəbdəki tüstülənmədə xəsarət alan olmayıb

18:17 - 26 Aprel 2023 tarixində dərc olunub.

Bu gün 242 nömrəli tam orta məktəbdə tüstülənmə olub.

Məsələ ilə bağlı məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin xidməti hissəsindəki elektrik qutusunda kiçik qısaqapanma nəticəsində tüstülənmə baş verib:

“Məktəbin əməkdaşları önləyici müdaxilə edib, xəsarət alan yoxdur”.

Müəllif: Ucnoqta.az redaksiyası