Elm və Təhsil Nazirliyi tərəfindən qida bloku ilə bağlı aparılan araşdırma nəticəsində nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən (ETN) Ucnoqta.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, yoxlamalardan sonra 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilmişdi.