Ucnoqta.az
www.ucnoqta.az

Meksika sahillərində nəhəng mavi dəlik tapılıb

10:54 - 26 Aprel 2023 tarixində dərc olunub.

Alimlər Meksikanın Yukatan yarımadasının sahillərində nəhəng mavi dəlik aşkar ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Planet Today məlumat yayıb. Onun sahəsinin 13 min kvadratmetrdən çox, quyunun dərinliyinin isə 247 metr olduğu bildirilir. Mütəxəssislərin fikrincə, bu kəşfin dəyəri ondadır ki, tədqiqat zamanı əldə edilən məlumatlar bizdən bir neçə minillik əvvəl Yerdəki həyat haqqında elmi anlayışı tamamlamağa kömək edəcək.

Alimlər vurğulayıblar ki, bu mavi dəliyi tədqiq edərkən nəsli kəsilmiş canlı növlərinin qalıqlarını müəyyən etmək mümkün olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası