Ucnoqta.az
www.ucnoqta.az

Bakıda zəncirvari yol qəzası - FOTO

10:13 - 26 Aprel 2023 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağa Nemətulla küçəsindəki tuneldə 4 avtomobil toqquşub.

“Ford”, “Honda”, “Kia” və “İnfinity” markalı avtomobillərin toqquşması nəticəsində ərazidə nəqliyyatın hərəkəti çətinləşib və sıxlıq yaranıb.

Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

Müəllif: Ucnoqta.az redaksiyası