Ucnoqta.az
www.ucnoqta.az

Salyanda maşın aşıb, xəsarət alan var

17:11 - 25 Aprel 2023 tarixində dərc olunub.

Salyanda yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi Salyan rayonunun Quyuçu kəndində baş verib.

“Hyundai” markalı minik avtomobili yol kənarına aşıb. Avtomobili idarə edən Salyan Regional mühafizə bölməsində xidmət edən T.Süleymanlı xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası