Ucnoqta.az
www.ucnoqta.az

General Muradov əvvəlki vəzifəsinə qaytarılır?

16:45 - 25 Aprel 2023 tarixində dərc olunub.

Qarabağda müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingentinin (RSK) komandanı general-mayor Andrey Volkovun geri çağrıldığı barədə məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, əvvəllər RSK-ya rəhbərlik etmiş general-polkovnik Rüstəm Muradovun yenidən bu vəzifəyə qaytarılacağı bildirilir. Bəzi mənbələr general Muradovun artıq Qarabağda olduğunu bildirirlər.

Müəllif: Ucnoqta.az redaksiyası