Ucnoqta.az
www.ucnoqta.az

Prokurorluq Biləsuvardakı partlayışla bağlı daha bir məlumat yayıb

10:05 - 25 Aprel 2023 tarixində dərc olunub.

Biləsuvar rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı məlumata əlavə olaraq bidirilir ki, aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Biləsuvar rayon prokurorluğundan Ucnoqta.az-a verilən xəbərə görə, bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam edir.

Beləliklə də, faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası