Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda partlayış nəticəsində 8 polis əməkdaşı həlak olub

00:20 - 25 Aprel 2023 tarixində dərc olunub.

Pakistanın Kabal şəhərində polis məntəqəsində baş verən iki partlayış nəticəsində 8 polis əməkdaşı həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo.tv telekanalı məlumat yayıb. Məlumata görə, 20-dən çox adam yaralanıb.

Kanalın məlumatına görə, Hayber Paxtunxva əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Müəllif: Ucnoqta.az redaksiyası