Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda motosiklet ağaca çırpılıb, sürücü ölüb

18:57 - 24 Aprel 2023 tarixində dərc olunub.

Biləsuvarda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Əsgərzadə Dadaş Bəhlul oğlu idarə etdiyi motosikleti ağaca çırpıb. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, yerləşdirildiyi xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası