Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

17:42 - 24 Aprel 2023 tarixində dərc olunub.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 24" ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası