Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda TIR yanıb

13:13 - 24 Aprel 2023 tarixində dərc olunub.

Ağdaşın Ləki qəsəbəsində ağırtonnajlı yük maşınında (TIR) yanğın olub.

APA xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədirlər. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası