Ucnoqta.az
www.ucnoqta.az

Həftəsonu 8 yol qəzasında 10 nəfər ölüb

10:41 - 24 Aprel 2023 tarixində dərc olunub.

Həftəsonu Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-23-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 10 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Müəllif: Ucnoqta.az redaksiyası