Ucnoqta.az
www.ucnoqta.az

Bakıda su quyusundan meyit tapılıb

23:34 - 21 Aprel 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti dərinliyi təqribən 8 metr olan su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası