Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda güclü külək fəsadlar törədib

20:38 - 21 Aprel 2023 tarixində dərc olunub.

Cəlilabadda güclü külək fəsadlar törədib, bəzi əraziləri işıqsız qoyub.

"Report"un məlumatına görə, yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Şəhərin mərkəzində ağaclar aşıb.

Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.

Müəllif: Ucnoqta.az redaksiyası