Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda son sutkada 24 nəfər koronaya yoluxub

17:08 - 21 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 24 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 81 nəfər isə sağalıb, 2 nəfər ölüb.

Müəllif: Ucnoqta.az redaksiyası