Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda kütləvi dava olub, xəsarət alanlar var

22:10 - 20 Aprel 2023 tarixində dərc olunub.

Biləsuvarda baş verən kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə kafelərdən birində baş verib.

Məlum olmayan səbəbdən baş verən davada rayon sakinləri, 1984-cü il təvəllüdlü Taleh Nərimanov, 1973-cü il təvəllüdlü Eldar Hüseynov və 1982-ci il təvəllüdlü Rövşən Abbasov xəsarət alıblar.

Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası