Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və 26 ölkə Avropada böyük hərbi təlimlər keçirəcək

05:44 - 20 Aprel 2023 tarixində dərc olunub.

ABŞ 26 ölkə ilə "Defende Europe 2023" hərbi təlimləri keçirəcək

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordu katibi və ABŞ ordusunun baş qərargah rəisi Kristin Uormut və general Ceyms Makkonvil bildiriblər. ABŞ bu il 26 ölkənin iştirakı ilə “Defende Europe 2023” adlı böyük hərbi təlimə ev sahibliyi edəcək.

Manevrlərə 7800 ABŞ əsgəri, həmçinin ABŞ-ın tərəfdaş ölkələrindən 15000 hərbçi cəlb olunacaq. Tədbirlərin aprelin 22-dən iyunun 23-dək keçirilməsi planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası