Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb

22:44 - 19 Aprel 2023 tarixində dərc olunub.

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb

Ucnoqta.az xəbər verir ki, Ağ Evin bəyanatında deyilir ki, ABŞ hakimiyyəti Ukraynaya 325 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb.

Məlumata görə, ABŞ prezidenti Co Bayden dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyinin müdafiə məhsulları və xidmətləri, hərbi təlim və təhsil üçün ümumi vəsait ayırması üçün 325 milyon dollara qədər səlahiyyət verib.

Bildirilir ki, paketə HIMARS MLRS üçün əlavə döyüş sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, TOW tank əleyhinə raket sistemləri, AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar və digər vasitələr daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası