Ucnoqta.az
www.ucnoqta.az

ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirib

22:32 - 19 Aprel 2023 tarixində dərc olunub.

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin təlim buraxılışını həyata keçirib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniyadakı Kosmik Qüvvələrinin nümayəndəsi Vandenberq bildirib.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı və ABŞ Hərbi Dəniz Qüvvələri döyüş başlığı ilə təchiz olunmayan "Minuteman III" qitələrarası ballistik raketi buraxıb.

Qeyd edilir ki, raket 6,7 min kilometrdən çox uçub. 

Müəllif: Ucnoqta.az redaksiyası