Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

17:13 - 19 Aprel 2023 tarixində dərc olunub.

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" və digər minik avtomobilinin toqquşması nəticəsində iki qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası