Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobillərdən 7 min manatlıq oğurluq edilib

12:35 - 19 Aprel 2023 tarixində dərc olunub.

Bakıda avtomobillərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası