Ucnoqta.az
www.ucnoqta.az

Bakıda banka saxta dollar verən şəxs tutulub

11:53 - 19 Aprel 2023 tarixində dərc olunub.

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası