Fransa Ukraynaya Almaniyanın Saarstahl Rail zavodunun istehsal etdiyi təxminən 25 ton dəmir yolu relsləri tədarük edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Fransa Ukraynaya təkrar emal olunmuş poladdan hazırlanmış dəmir yolu relsləri verəcək. Agentlik bildirir ki, Almaniyanın Saarstahl Rail zavodu təxminən 25 ton rels, yəni illik istehsalın 8%-ni təmin edəcək.
Mozel departamentində istehsal sahəsinə baş çəkən Fransanın sənaye naziri Rolan Leskürün sözlərinə görə, “relslərin tədarükü Ukraynanın yenidən qurulmasına yönəlmiş Avropa səylərinin bir hissəsidir”.