Ucnoqta.az
www.ucnoqta.az

Məktəbdə kütləvi zəhərlənmənin səbəbi məlum oldu

18:48 - 18 Aprel 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi aprelin 18-də E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə 15 şagird özünü narahat hiss edib.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, şagirdlərin özünü pis hiss etməsinə səbəb idman zalının kimyəvi vasitələrlə dərmanlanması olub. Belə ki, fiziki tərbiyə dərsində iştirak edən şagirdlər kəskin qoxudan özlərini yaxşı hiss etməyiblər. 

Xatırladaq ki, səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb. Digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.

Müəllif: Ucnoqta.az redaksiyası