Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov bu məmurun oğlunu DYP rəisi  TƏYİN ETDİ - FOTO

17:15 - 18 Aprel 2023 tarixində dərc olunub.

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.

Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.

Xatırladaq ki, Binəqədi DYP-nin rəisi Cəmşid Hənifəyev təqaüdə göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası