Ucnoqta.az
www.ucnoqta.az

Bugünkü Azərbaycan Ordusu Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür - Prezident

16:50 - 18 Aprel 2023 tarixində dərc olunub.

Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. “Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası