Ucnoqta.az
www.ucnoqta.az

Növbəti valyuta hərracı keçirilib

15:08 - 18 Aprel 2023 tarixində dərc olunub.

18 aprel 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan Ucnoqta.az-a verilən məlumata görə, hərracda tələb 19,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ucnoqta.az redaksiyası