Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Qazaxıstana rəsmi səfərə getdi

13:44 - 18 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfər edib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbərə görə, səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası