Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə ər 58 yaşlı arvadını bıçaqladı

11:10 - 18 Aprel 2023 tarixində dərc olunub.

Balakən rayonunun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində arvadı 58 yaşlı R. Piriyevaya bıçaqla xəsarət yetirib.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, hadisəni törədən şəxs saxlanılıb. Qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası