Bakıda oğurluq etməkdə təqsirləndirilən Fərqanə Mirzəzadəyə və Cəlil Kərimovun barələrindəki hökmdən kassasiya şikayətinə verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 19-na təyin edilib.
Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətlərini təmin etməyib.
Hökmə əsasən, onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəzlənib. F.Mirzəzadə ilə C.Kərimov məhkəmə iclas zalından həbs olunub.
Hadisə 2021-ci ilin yayında paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən baytarlıq klinikasında qeyd alınıb.
İttiham aktına əsasən, klinikanın əməkdaşı olan F.Mirzəzadə ilə C.Kərimov oradan ümumilikdə 283 min 744 manatlıq oğurluq ediblər.
Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.