Böyük Britaniyada yüngül çoxməqsədli idarə olunan raketləri buraxmağa qadir olan Flyby Technology şirkətinin "Jakal" pilotsuz təyyarəsi uğurla sınaqdan keçirilib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, PUA-nın uçuş məsafəsi 130 km, 5 m qanad genişliyi və sürəti 108 km/saatdir. Pilotsuz aparat 6 km-ə qədər məsafədə yer və havadakı hədəflərə raketlər buraxmaq qabiliyyətinə malikdir.
Məlumata görə, uçuş hündürlüyü 4 min metr olan “Jakal” pilotsuz təyyarəsi döyüş meydanında piyadalara, tanklara, digər dronlara və helikopterlərə qarşı istifadə edilə bilər.