Şəki Rayon Mərkəzi Xəstənanasının Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri Hazər Babayev vəfat edib.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.
Qeyd edək ki, Hazər Mövlüd oğlu Babayev 27.12.1953-cü il də Şəki şəhər Oraban kəndində anadan olub. 1972-1978-ci illərdə Azərbaycan Tibb Universitetinə Müalicə işi fakültəsinə daxil olub. 1979-cu ildən Şəki Rayon Mərkəzi Xəstənanasının Taxılçılıq sovxozunda həkim-terapevt kimi fəaliyətə başlayıb. 1987-ci ildən Aşağı Küngüt kənd həkim məntəqəsinin müdiri vəzifəsinə təyin olunub.