Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda ev yanıb

18:34 - 16 Aprel 2023 tarixində dərc olunub.

Saatlı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yeni Novruzlu kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı və dam örtüyü 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası