Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxıldı, alqışlarla qaşılandı

04:40 - 15 Aprel 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Ucnoqta.az xəbər verir ki, rəsmi şəxslərin və dünya ictimaiyyətinin gözü qarşısında baş verən təxribatçı hadisədən sonra Aram Nikolyan adlı dizayner polis idarəsinə aparılıb.

Gecə saatlarında Nikolyanı dəstəkləmək üçün çoxsaylı ermənilər polis idarəsinin qarşısına toplanıb. Vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir ittiham irəli sürülməyib və o, sərbəst buraxılıb.

Onun bu təxribatçı hərəkətini dəstəkləyən kütlə Nikolyanı alqışlarla qarşılayıb.

Qeyd edək ki, ermənilər tərəfindən törədilən belə təxribatçı hərəkətlər ilk dəfə deyil baş verir. Bir neçə gün öncə dumanda azaraq Ermənistan tərəfə keçən azərbaycanlı hərbçinin saxlanılması zamanı ona qarşı zorakılıq edilməsi faktı da erməni cəmiyyətinin Azərbaycana qarşı aqressiv, barbar xüsusiyyətinin göstəricisidr. Rəsmi İrəvanın beynəlxalq yarışda təhlükəsizliyi təmin edə bilməməsi, dinc dövrdə hərbi əsirə zorakılıq və digər faktlar indiyə qədər sərhədlərdə baş verən təxribatçı hərəkətlərin Ermənistan tərəfindən törədildiyinin əyani sübutudur.

Emin

Müəllif: Ucnoqta.az redaksiyası