Ucnoqta.az
www.ucnoqta.az

Qrossi Çavuşoğlu ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

19:16 - 14 Aprel 2023 tarixində dərc olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Vyanada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qrossi "Twitter" səhifəsində yazıb.

Tərəflər “Zaporojye AES-in qorunmasının vacibliyi, nüvə silahının]yayılmaması məsələləri və davamlı enerjinin inkişafı üçün Akkuyu AES-də layihənin həyata keçirilməsində irəliləyişlə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Türkiyənin “regional sabitlik və inkişaf üçün” rolunun vacibliyi qeyd edilib.

Mövlud Çavuşoğlu da Tvitter hesabında görüş barədə paylaşım edib.
“Biz Rafael Qrossi ilə Zaporojye atom elektrik stansiyasındakı vəziyyəti, həmçinin İranın nüvə sazişini müzakirə etdik”, - Türkiyənin xarici işlər naziri yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası