Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda ev yandı

18:58 - 14 Aprel 2023 tarixində dərc olunub.

Biləsuvarda yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, rayonun Əsgərabad kəndində ümumi sahəsi 130 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası