Ucnoqta.az
www.ucnoqta.az

Arda Turan məşqçilik karyerasına başlayır

13:53 - 14 Aprel 2023 tarixində dərc olunub.

Spor Toto 1.Ligdən Super Liqaya yüksəlmək üçün mübarizə aparan "Eyüpspor" Arda Turanı məşqçi təyin edib.

Ucnoqta.az xəbər verir ki, İstanbul komandası məşqçi Zəfər Turanla 4 matçdan sonra yollarını ayırıb. 

Qeyd edək ki, “Eyüpspor” 57 xalla liqada 3-cü pillədə qərarlaşıb.

Arda Turanın komandanın başında ilk matçını "Göztepe"yə qarşı keçirəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası