Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda saxlanılan hərbçimiz MTX-yə aparılıb

12:41 - 14 Aprel 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, yolu azaraq Ermənistan ərazisində itkin düşən azərbaycanlı hərbçi Axundov Hüseyn Əhliman oğlu da ermənilər tərəfindən saxlanılıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, zorakılığa məruz qalan hərbçimiz ötən gün polisə təhvil verilib. Məlumata görə, bu gün azərbaycanlı hərbiçi Axundov Hüseyn Ermənistan xüsusi xidmət orqanlarına aparılıb. 

Xadırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb. 

Müəllif: Ucnoqta.az redaksiyası